Nazir Rövşən Lənkəranskinin klanından olan “vor”un Ermənistana keçmək cəhdindən danışdı
27-iyun-2016Gürcüstan daxili işlər naziri Girogi Mqrebrişvili Ukrayna hakimiyyətinin “heç bir xəbərdarlıq etmədən, səssis-küysüz şəkildə” 44 yaşlı gürcü “vor zakon” David Gerlianini deportasiya etməsindən narazılığını ifadə edib. Virtualaz.org xəbər verir ki, nazir bu bəyanatla Gerlianinin Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçmək cəhdindən sonra çıxış edib.
“Ukrayna tərəfi Gerlianinin ölkədən çıxarılması və ya deportasiyası barədə bizi xəbərdar etməliydi. Bu, Odessada təşkil olunmuş təxribatdır”, – nazir “vor zakon”un xəlvəti deportasiyasının arxasında Odessa qubernatoru Mixail Saakaşvilinin dayandığına eyhamla bildirib.
David Gerliani ötən həftə Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməyə çalışarkən saxlanılıb. Saxlanılarkən onun üzərində Ukrayna vətəndaşı David Çaçibayanın adına olan pasport aşkar edilib. “Ukrayna tərəfi bizi xəbərdar etməyib və nəticədə Gerlianı iyunun 20-də Tbilisi beynəlxalq aerportunun sərhəd nəzarətini maneəsiz keçərək ölkəyə daxil olub”-daxili işlər naziri bildirib.
Gerliani özü ifadəsində bildirib ki, onun Ukraynadan deportasiyasını Odessa qubernatoru Mixail Saakaşvili şəxsən təşkil edib. O, iyunun 20-də Odessa restoranlarından birində saxlanılb və dərhal Gürcüstana deportasiya edilib.
Gerliani 20 il həbsxana həyatı yaşayıb, 90-cu illərin əvvəllərində Maqrelsk klanından olan “vor zakon” Valiko Ceceyanın qızı ilə evlənəndən sonra “vor zakon” titulu alıb. Lakin cinayətkar aləmdə onun həmin statusunu bir çoxları qəbul etmir. Maqrelsk klanı və “Dato Svan” özü məşhur azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin qruplaşmasına bağlıdır. Bununla belə “Dato Svan”ın Rövşənin qatı düşməni olan Aslan Usoyanın (2013-cü ildə Moskvada öldürülüb) klanı ilə əlaqələrinin olduğu haqda məlumatlar da var.