Bu gün:
Xezer.info » Xəbər » Daha 89 yoluxma qeydə alınıb, 3 nəfər ölüb

Daha 89 yoluxma qeydə alınıb, 3 nəfər ölüb


Daha 89 yoluxma qeydə alınıb, 3 nəfər ölüb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 89 yeni yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Xezer.info-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Analiz nümunələri müsbət çıxan 3 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 37 418 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 837 nəfər müalicə olunaraq sağalıb, 551 nəfər vəfat edib, aktiv xəstə sayı 2 030 olub.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3 936, bu günə qədər isə ümumilikdə 967 040 test icra olunub.