Bu gün:
Xezer.info » Cəmiyyət » ÜST dünya ictimaiyyətini yeni pandemiyaya hazırlaşmağa çağırıb

ÜST dünya ictimaiyyətini yeni pandemiyaya hazırlaşmağa çağırıb


ÜST dünya ictimaiyyətini yeni pandemiyaya hazırlaşmağa çağırıb
Yeni növ koronavirus (COVID-19) pandemiyası sonuncu deyil, buna görə dünya yeni bir pandemiyaya əvvəlcədən hazırlaşmalıdır.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bunu Cenevrədə keçirdiyi brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adanom Gebreyesus deyib.

"Bu, son pandemiya deyil. Tarix bizə xəstəliklərin tüğyan etməsi və pandemiyaların əslində həyatın bir parçası olduğunu öyrədir. Növbəti pandemiya gələndə dünya bu dəfə buna daha yaxşı dərəcədə hazır olmalıdır", - deyə ÜST rəhbəri bildirib.