Bu gün:
Xezer.info » Sosial » Zaqatala RMX-da baş verənlərin pərdə arxası - Kim baş həkimin yerinə göz dikib

Zaqatala RMX-da baş verənlərin pərdə arxası - Kim baş həkimin yerinə göz dikib


Zaqatala RMX-da baş verənlərin pərdə arxası - Kim baş həkimin yerinə göz dikib
Teref.info olaraq bu yaxınlarda Zaqatala Rayon Mərkəzi Xəstəxanasında baş vermiş uşaq ölümü bizi maraqlandırdı. Xəbərdə bizi maraqlandıran əsas məsələ isə xəbərdə gedən " Baş həkim qaçıb" xəbəri idi. Çünki burası xəstəxanadır.Burda ölümdə olıur, sağalmaqda. Düzdür bütün xəstəxanaya baş həkim cavabdehdir, lakin nəyə görə qaçmalıdır.Bəlkə o uşağı özü öldürüb, canidir, ona görə qaçıb.
Lakin məsələ çox sadə və bəsitdir.
Əvvəl Zaqatala RMX-na göndərdiyimiz sorğuya aldığımız cavabı sizə təqdim edirik:
Xəstə uşaq Lacinov S.S bizə 22 iyunda təxminən axşam saat 17.40 radələrində daxil olub. Uşaq növbətçi həkim tərəfindən qəbul olunub. Kəskin bağırsaq keçməməzliyi şübhəsi olduğuna görə dərhal növbətçi cərrah dəvət olunub. Cərrah uşağı müayinə edib, kəskin bağırsaq keçməməzliyi, bağırsaq invaginasiyası diaqnozu müəyyənləşdirilib. Bundan sonra müayinələr təkrarla nıb və analizlər olunub, imalə proseduru həyata keçirilib, uşağın vəziyyəti nisbətən stabilləşib. Həmin gecəki stabilləşmədən sonra səhər saatlarında uşağın vəziyyəti təkrar ağırlaşdığından bununla bağlı valideynlərinə məlumat verilib. Onların yazili razılığı alınıb və həyati göstərişlərə görə uşaq əməliyyata götürülüb və əməliyyat səhər saat 9 radələrində həyata keçirilib. Anestezioloq da baxıb və əməliyyatın qaçılmaz olduğuna qərar verilib. Əməliyyatdan sonra uşaq reanimasiya şöbəsinə yerləşdirilib və lazımi infuzion, antibakterial, dezintaksikon terapiya aparılıb. Lakin dünən günorta saatlarından sonra uşağın vəziyyəti kəskin pisləşməyə başlayıb və tərəfimizdən aparılan bütün reanimasion, intensiv terapiya tədbirlərinə baxmayaraq təxminən 21.40 radələrində bioloji ölüm baş verib. Ehtimal olunur ki, bağırsaq invaginasiyası nəticəsind� � yaranan intoksikasiya və yaranan kəskin ürək - tənəffüs çatışmazlığı ölümə səbəb olub.
saytlarda geden melumatlarla bagli ise:qeyd etmek lazimdir ki bu hadisenin bu formada yayilmasi Zaqatala rmx nin cemiyyetdeki nufuzuna xelel getirmeye hesablanib.bele qerezli hallar defelerle muxtelif sayt ve sosial shebekelerde tekrarlanmishdir.
Beleki, burada xəstəxanada müşahidə kameraları quraşdırılıb və ölkəyə yayılan o çəkiliş Anar Məmmədov tərəfindən həyata keçirilib. Bu şəxs Əmək Məcəlləsini pozduğuna görə keçən il işdən azad olunmuş sürücüdür. Onun da yeganə məqsədi xəstəxana barədə neqativ imic yarat maq, xəstəxananın iş rejimini pozmaqdır. Sual edirəm, gecə saatlarında xəstəxanada işləməyən, bir il bundan qabaq azad olunmuş sürücünün nə işi ola bilər? Həmin çəkilişdə belə bir söz var: “səndən pul alıblarmı?” Həmin sözü də Anar Məmmədov deyir. Bütün bunlar nəzarət kameralarının yaddaşında var və onun xəstəxanaya girməsi də, çıxması da, müsahibə alması da qeydə alınıb.
və Anar Memmedovla bagli artiq polis ve prokurorluq orqanlarina muraciet edilmish ve muhafize kameralarinin video goruntuleri gonderilmishdir.
Bu xəstəxananın cavabıdır.Yəni uşaq ağır xəstə olub, əməliyyat olunub, reanimasiyada onun həyatı uğrunda mübarizə aparılsada qurtarıla bilinməyib.
Zaqatalada xəstəxanada baş verənlər barədə özəl mənbələrdən məlumat nəldə edə bildik Özəl mənbələrin verdiyi məlumata görə, Zaqatala RMX-na Leyla xanım yeni baş həkim təyin olunandan bəri ona qarşı əski bvaş həkimin adamları kompaniya aparırlar. Ağına qarasına, düzünə yalanına fikir vermədən mediaya məlumatlar ötürürlər. Var gücləri ilə çalışırlar ki, xəstəxananın işini iflic etsinlər, xəstəxananın həkim kollektivinin gördüyü bütün müsbət işlərin üstünə kölgə salsınlar. Kollektivin əməyini yerə vursunlar. Lakin xəstəxana və onun kollektivi Zaqatala camaatının hörmətini qazanıb. Yeni baş həkim cavan kadr olsada özünü savadlı və insanpərvər bir insan kimi tanıtdıra bilib.
Mənbə əlavə etdsi ki, köhnə kadrlar nə qədər intriqa aparsalarda onların işlədiyi zaman Zaqatalalıların başlarına açdıqları oyunlar, xəstəxananın bərbad vəziyyəti heç kimin yadından çıxmayıb.Ona görədə Zaqatalalılar Leyla xanımı dəstəkləyir və ümid edirlər ki, bu su bulandıranların müvafiq orqanlar cavablarını verəcək.
Qaldı xəstəxanada uşaq ölümü, əgər bu ölümdə həkimin günahı varsa o cəzasını almalıdır, yox əgər bu 6 aylıq uşağı qurtarmaq həkimlik deyildisə.Axı həkimlərdə Tanrı deyillər, bəzi hallarda onlarda gücsüz olurlar.
Teref.info olaraq bizdə total hər şeydə həkimləri suçlamağın əleyhinəyik.Bəli səhiyyəmizdə savadsaız həkimlər çoxdur, lakin savadlıları və vicdanlkıları az deyil axı. Onlarıda yaddan çıxartmaq ən azından insafsızlıq olardı.Onların biridə Zaqatala RMX-nın baş həkimi Leyla Seyidəliyevadır. Ona görə gəlin haqqı nahaqın ayağına verərək, hansısa vəzifə intriqanların maşası olmayaq!