Abel Məhərrəmovun inanılmaz əmlakı: naşirdən maraqlı təklif
26-avq-2020“BDU-nun sabiq rektoru Abel Məhərrəmova məxsus “Mono Liza” şadlıq sarayı Bakı Uşaq və Gənclər Teatrına verilsin”.
Bu təkliflə “Qanun” Nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu çıxış edib.
O bildirib ki, Abel Məhərrəmovun sərvəti xalqın cibindən oğurlanmış pullar hesabına toplanıb. Ona görə də, o sərvətdən kiçik bir hissənin teatra verilməsi labüddür:
“Abel Məhərrəmovun varidatının siyahısı yayılıb. Hər kəsə gün kimi aydındır ki, bu varidat ona nəsildən keçməyib, rektor olduğu müddətdə büdcədən oğurlayıb, bir də tələbələrdən alınan rüşvətdən toplanıb. Bu dünyada ən çirkli pul tələbədən alınan rüşvətdir. İnanın ki, bu, narkotik alverindən qazanılan puldan daha çirklidir və daha bağışlanmazdır.
Şəxsi əmlak, əlbəttə, toxunulmazdır. Amma bu sadalanan əmlakların heç biri Abelin şəxsi əmlakı deyil, o əmlaklarda minlərlə insanın alın təri var. Fəhlənin, kəndlinin, zəhmətkeş insanların, yetim insanların əməyi, vicdanlı insanların isə əsəbi var. Gec-tez bu mülklər, saraylar gerçək sahiblərinə qaytarılacaq.
İndilikdə isə bir təklif etmək istəyirəm. Və xahiş edirəm, bu təklifə hər kəs qatılsın.
Bir müddət öncə Bakı Uşaq və Gənclər Teatrının rəhbəri İntiqam Soltan teatrın binası ilə bağlı müraciət etmişdi ki, bu qədər şadlıq saraylarının birini verin teatra. Heç kimin səsi çıxmadı. Hətta Ramil Usubovun da. Bildiyimə görə, Çobanzadə küçəsində olan şadlıq saraylarının əksəriyyəti Ramil Usubova məxsusdur.
Bunların heç birindən tağıyevlik, nağıyevlik gözləməyə dəyməz. Onlarda nə ürək, nə cəsarət, nə də millətinin gələcəyini düşünmək var.
Uşaq teatrının binasını baş rüşvətxor və əsas büdcə oğrularından biri, köhnə Mədəniyyət naziri Əbülfəz Qarayev satıb. Neçə illərdi, teatr səyyar fəaliyyət göstərir.
Neçə adam MONO LİZA-nın uşaq teatrına verilməsini istəyir? Biz notarius deyilik. Biz qərar qəbul edən bir orqan da deyilik. Bizim sadəcə sərbəst deyə biləcək sözümüz var. Bizim fikrimizi açıq ifadə edəcək meydanımız var. Heç olmasa virtual olaraq bir teatra bina verək. Uşaq teatrına. Qoy uşaqlarımızın MONO LİZA adında bir teatrı olsun. Uşaqlarımızla bağlı arzularımızın sərhədlərini mədəniyyətə doğru aparaq, şadlıq saraylarına doğru yox…”
Abel Məhərrəmovun əmlakının siyahısını təqdim edirik:
1. “El Faro hotel Nabran” ailəvi istirahət mərkəzi – 200 hektar ərazidə 61 milyon manat dəyərində ölçülən istirahət mərkəzi. Qızı İzabellanın adına qeydiyyatdan keçib.
2. “Mono Liza” – Bakıda ən bahalı və məşhur şadlıq sarayıdır. Dəyəri 12 milyon manat civarında ölçülür. (Ünvan: Bakı, Nərimanov, Yusif Vəzir Çəmənzəminli, 1596)
3. “İzabella” şadlıq sarayı, Bakıda “Elmlər Akademiyası” metrostansiyası yaxınlığında, dəyəri 23 milyon manat civarında ölçülür.
4. Bakıda 11 müxtəlif ərazidə SPA idman salonlarından əldə olunan gəlirlər. Hər birinin dəyəri 4, yaxud 7 milyon manat civarında ölçülür.
5. “Sahil” ticarət mərkəzində ən bahalı “Ramsey” mağaza (İtaliya-Türkiyə istehsalı olan brend kişi kostyumları mağazaları şəbəkəsi)
Abel Məhərrəmovun şəxsi avtomobil qarajında dünyanın ən müasir son model avtomobillərinin siyahısı:
1. “Lamborghini”
2. “Bentley”
3. “Porsche Cayenne”
4. “Land Rover”
5. “Mercedes AMG” (son model, zirehli, dəyəri 1 milyon 800 min manat avro dəyərində ölçülür)
6. “Audi Q7”
7. “Audi Q8” (Son model, qiyməti 450 min avro)
8. “Mercedes Geländewagen” (qiyməti 250 min avro)
9. “BMW X6” (son model – qiyməti 200 min avro)
10. “BMW -760” (qiyməti 400 min avro)
Abel Məhərrəmova məxsus olduğu iddia olunan mülklərin siyahısı:
1. Binəqədidə Vorovski deyilən ərazidə 2 villa;
2. Quba rayonunda 1 villa;
3. Xızı rayonunda 1 villa;
4. Nabranda 1 villa;
5. Şüvəlan qəsəbəsində 1 villa;
6. Mərdəkan qəsəbəsində 1 villa;
7. AMEA yaxınlığında yerləşən milyonçular məhəlləsində 1 villa;
8. Şərifzadə küçəsində yerləşən ev.
9. Qızı Nərminə Sadıqovaya məxsus “Qlobus” uşaq bağçası.
10. 8-ci mikrorayonda daha bir restoranı
11. N.Nərimanov heykəlinin yanında dəyəri 1 milyon manatdan yüksək olan mənzil