Bu gün:
Xezer.info » İqtisadiyyat » "Laura" qasırğası neftin qiymətlərini qaldırır

"Laura" qasırğası neftin qiymətlərini qaldırır


"Laura" qasırğası neftin qiymətlərini qaldırır
ABŞ-ın cənub sahillərinə "Laura" qasırğasının yaxınlaşdığı bir vaxtda neftin əsas markaları sürətlə bahalaşmağa başlayıb.

“Report” xəbər verir ki, bu gün keçirilən hərraclarda oktyabr ayı üçün nəzərdə tutulan “Brent” markalı neft 2,12 faiz bahalaşaraq 45,95 ABŞ dollarına, WTI markalı neft isə 43,39 ABŞ dollarına satılıb.

Ekspertlərin fikrincə, "Laura" neft hasilatına mənfi təsir edəcək. Həmçinin ABŞ dollarının ucuzlaşması da özünü göstərir.