Bu gün:
Xezer.info » Xəbər » “Dosye” Tiflisi qarışdırdı: tələblər başladı

“Dosye” Tiflisi qarışdırdı: tələblər başladı


“Dosye” Tiflisi qarışdırdı: tələblər başladı
Gözlənildiyi kimi bizə hücum başlandı. Biz sağlamıq və hər kəsə lazımi cavabı verəcəyik.

Axar.az xəbər verir ki, bunu Gürcüstanın rusiyayönlü Vətənpərvərlər Alyansı Partiyasının rəhbəri İrma İnaşvili Mixail Xodorkovskinin “Dosye” saytında dərc edilən məlumatı şərh edərkən deyib.

O, partiyanın 8 konsaltinq şirkətiylə əməkdaşlıq etdiyini bildirib:

“Biz 4 Amerika şirkəti ilə əməkdaşlıq edirik. Onların vasitəsilə amerikalı senator və konqresmenlərlə görüşmüşük. Bizim həmçinin əməkdaşlıq etdiyimiz iki İsrail və bir Rusiya şirkəti də var”.

Məsələyə digər qərbyönlü müxalifət partiyaları da reaksiya veriblər. Avropa Gürcüstanı və Vahid Milli Hərəkat partiyaları Vətənpərvərlər Alyansının seçkidən çıxarılmasını tələb ediblər.

Qeyd edək ki, bundan öncə “Dosye” saytı Rusiya xüsusi xidmət orqanlarının Vətənpərvərlər Alyansı Partiyasını maliyyələləşdirdiyinə və onların seçkidə qalib gəlməsinə cəhd etdiklərinə dair məlumat yaymışdı. Məlumatda bu işin reallaşdırılması üçün partiyanın polittexnoloq Sergey Mixiyevə tapşırıldığı bildirilmişdi. Üstəlik, bu iş üçün 700 min dollar ayırmağı nəzərdə tutulduğu qeyd edilmişdi.