Ədliyyə Nazirliyində yanğın baş verib, əməkdaşlar təxliyə olunub
26-avq-2020Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin inzibati binasında yanğın olub.
XEZER.INFO xəbər verir ki, Bakı şəhəri, İnşaatçılar prospekti 1 ünvanında yerləşən binanın 5-ci mərtəbəsində yanğın qeydə alınıb.
Nazirliyin əməkdaşları binadan təxliyə olunublar.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri cəlb edilib.
Hadisə zamanı nazirliyin rəsmi səhifəsində canlı yayım aparılırdı. Yanğın başladığından canlı yayım dayandırılıb.
Fövqəladə Hallar Nazirliyi (FHN) Ədliyyə Nazirliyinin inzibati binasında baş verən yanğınla bağlı açıqlama verib.
FHN-in Mətbuat Xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib ki, hadisə ilə bağlı nazirliyin “112” qaynar xəttinə məlumat daxil olub:
“Əraziyə nazirliyin müvafiq qüvvələri cəlb olunub. Binanın 1 otağında yanğın hadisəsi baş verib. Operativ müdaxilə nəticəsində yanğının ətrafdakı otaqlara yayılmasının qarşısı alınıb”.