Vilayət Eyvazovdan kütləvi ixtisar
26-avq-2020Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin rəisi, polkovnik-leytenant Elşən Tağıyev və bir neçə əməkdaşı işdən çıxarılıb.
Xezer.info xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, bölmənin rəis müavini, polis mayoru Ramin Səfərov, əməliyyatçılar Seymur Əliyev, Pərviz Məmmədzadə və Elvin Qafarov işdən çıxarılıb.
Xəbəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən təsdiqləyiblər. (Unikal.org)