Bu gün:
Xezer.info » Eksklüziv » Azad Rəhimov rus aktrisa ilə eşq yaşayıb - İDDİA

Azad Rəhimov rus aktrisa ilə eşq yaşayıb - İDDİA


Azad Rəhimov rus aktrisa ilə eşq yaşayıb - İDDİA
Rusiyanın tanınmış aktrisa və blogeri Olqa Leybman bir müddət öncə Azərbaycanın Gənclər və İdman naziri ilə eşq macərası yaşadığnı bildirib.

Dominant.az xəbər verir ki, qadın bloger bu barədə “Instagram” hesabında video paylaşıb.

Olqa Leybman, “Mən Azərbaycanda olmuşam. Orada altı ay yaşamışam. Azərbaycanın idman naziri ilə çox möhtəşəm eşq macərası yaşadım. Çoxdan…”, – bloger videoda deyib.

Olqa Leybman bu videosundan sonra nəzərlər Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimova yönəlib. Çünki bloger xanım karyerasına 2007-ci ildə başlayıb. Ona qədər isə sadə həyat sürüb, bölgədəki bazarda çalışıb.

Azad Rəhimov isə 2006-cı ildən Azərbaycanın Gənclər və İdman naziri postunu tutur. Blogerin iddiası ilə bağlı hələ ki, nazir heç bir münasibət bildirməyib.

Qeyd edək ki, Azad Rəhimov ailəlidir, bir oğlu var.
Azad Rəhimov rus aktrisa ilə eşq yaşayıb - İDDİA
Azad Rəhimov rus aktrisa ilə eşq yaşayıb - İDDİA