Bu gün:
Xezer.info » Eksklüziv » BDU-nun rektoru da məşhur toyda iştirak edib?

BDU-nun rektoru da məşhur toyda iştirak edib?


BDU-nun rektoru da məşhur toyda iştirak edib?
Ölkənin bəzi informasiya saytlarında məlum toy məclisində guya Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevin də iştirak etdiyi haqqında informasiyalar yer alıb. Bildiririk ki, bu informasiyalar yanlışdır və həqiqəti əks etdirmir".

Dominant.az-a bu barədə Bakı Dövlət Universitetinin İctimaiyyətlə
əlaqələr və informasiya şöbəsinin müdiri Günel İsgəndər məlumat verib.

O, əlavə olaraq bildirib ki, COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə Bakı Dövlət Universitetində ciddi riayət olunur: "Xüsusi karantin rejiminin tətbiq olunduğu ilk gündən hazıra qədər BDU-nun rəhbərliyi keçirilməsi qadağan olunmuş heç bir kütləvi tədbirdə, məclis və toplantıda iştirak etməyib. Hesab edirik ki, bu tip kütləvi tədbirlərin keçirilməsi yolverilməzdir və ölkədə epidemiloji şəraitə kəskin təsir göstərə bilər. Xüsusi karantin rejiminin tələblərinə riayət olunması hər bir vətəndaşın borcudur və hər kəsi bu qaydalara ciddi əməl etməyə çağırırıq".