Bu gün:
Xezer.info » Dünya » Qara dənizdə tapıntı: Türkiyə və Azərbaycan birgə...

Qara dənizdə tapıntı: Türkiyə və Azərbaycan birgə...


Qara dənizdə tapıntı: Türkiyə və Azərbaycan birgə...
Türkiyənin Qara dənizdəki milli sektorunda “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatının aşkar edilməsi ölkəmizdə yeni iqtisadi mühit yaradacaq. Bu vəziyyət Türkiyə və Azərbaycanın yeni birgə layihələr həyata keçirməsinə böyük stimuldur.

Xezer.info xəbər verir ki, bu fikirləri Türkiyədə fəaliyyət göstərən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri (EkoAvrasya) və eyniadlı jurnalın baş redaktoru, iqtisadi məsələlər üzrə tanınmış ekspert Hikmət Ərən ifadə edib.

Türkiyənin onilliklər boyu neft məhsullarına və təbii qaza böyük məbləğdə vəsait sərf etdiyini, xaricdən asılı olduğunu diqqətə çatdıran ekspert deyib:

“Sakarya” yatağında müəyyən edilən zəngin “mavi yanacaq”dan səmərəli istifadə etmək Türkiyə hökumətinin qarşısında dayanan mühüm vəzifələr sırasındadır. Azərbaycan dəniz yataqlarındakı karbohidrogen ehtiyatlarının işlənməsi məsələsində bütün dünyada lider ölkələrdən sayılır. Digər tərəfdən, Türkiyə Azərbaycanın sərmayə yatırması üçün ən əlverişli məkandır. Hesab edirəm ki, yaxın zamanlarda Azərbaycan ilə Türkiyə arasında neft və qaz sektoruna dair, yaxud da bu məhsullarla bağlı digər istehsal sahələrində yeni layihələrin həyata keçirilməsi müzakirə mövzusu olacaq”.