Operativ Qərargah məlumat yaydı
22-avq-2020Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 184 yeni yoluxma faktı qeydə alınıb, 160 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Dominant.az-a bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Son sutkada koronavirusdan 3 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 35 105 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 842 nəfər müalicə olunaraq sağalıb, 515 nəfər vəfat edib, 1 748 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 557, bu günə qədər isə ümumilikdə 868 345 test icra olunub.
РесурсFacebookTwitterEmail