Qardaşlar İŞİD-ə qoşulmağa icazə verməyən analarını öldürdülər
27-iyun-2016Səudiyyə Ərəbistanında əkiz qardaşlar İŞİD-ə qoşulmağa icazə vermədiyinə görə analarını qətlə yetiriblər.
Teref.info Anspress-ə istinadən xəbər verir ki, Xalid və Saleh adlı 20 yaşlı əkiz qardaşlar analarına bıçaqla zərbələr endiriblər. 67 yaşlı qadın aldığı xəsarətlərdən keçinib.
Bundan sonra qardaşlar 73 yaşlı ataları və 22 yaşlı böyük qardaşlarına da hücum ediblər. Onlar ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Qadının iyunun 25-də keçirilən dəfn mərasiminə çoxlu sayda insan toplaşıb.
Oğlanların anası Xalid və Salehin İŞİD terror qruplaşmasına qoşulmaq istədiyindən şübhələnib və bildirib ki, əgər onlar fikirlərindən daşınmasalar, bu haqda rəsmi qurumlara məlumat verəcək. Bu səbəbdən oğlanlar analarını bıçaqlayaraq qətlə yetiriblər.
Cinayəti törətdikdən sonra qardaşlar qaçıblar. Polis onları Ər-Riyaddan 100 kilometr aralıda həbs edib.