Bu gün:
Xezer.info » Hadisə » Ağsunun dağlıq ərazisində yanğın başlayıb

Ağsunun dağlıq ərazisində yanğın başlayıb


Ağsunun dağlıq ərazisində yanğın başlayıb
Ağsu rayonunda Ləngəbiz sıra dağlarının Ləngəbiz kəndi ərazisində yanğın baş verib.

Xeze.info xəbər verir ki, hadisə bu gün saat 17 radələrində Ləngəbiz kəndinin Şamaxı rayonunun Dağ Bağırlı kəndi ilə sərhəd ərazisindəki kol-kos sahəsində baş verib və qısa vaxtda təxminən 7 hektaradək əraziyə yayılıb.

Yanğının söndürülməsi üçün FHN Ağsu Yanğından Mühafizə Hissəsindən 2 yanğınsöndürən maşın və 30 nəfərdən çox canlı qüvvə cəlb olunub. Köməyə Şamaxı yanğından mühafizə hissəsindən 1 yanğınsöndürən maşın və 8 nəfər canlı qüvvə gəlib. Hazırda yanğınla mübarizə davam edir. Havanın küləkli olması yanğınsöndürənlərin işini bir qədər çətinləşdirib.