Bu gün:
Xezer.info » Xəbər » Karantin yenidən sərtləşdirilə bilərmi? - Rəsmi

Karantin yenidən sərtləşdirilə bilərmi? - Rəsmi


Karantin yenidən sərtləşdirilə bilərmi? - Rəsmi
Bu gün karantin rejiminin sərtləşdirilməsi üçün ciddi dəyişiklik yoxdur.

Axar.az xəbər verir ki, bunu TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:

"Bu gün az da olsa azalmaya meyillilik görürük. Bununla bağlı müzakirələr aparılır, vəziyyət qiymətləndirilir. Hazırda hər hansı ciddi qərar qəbul olunmayıb. Hazırda vəziyyət nəzarət altındadır".

Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının direktoru Elnur Azadxanov əlavə edib ki, yumşalmalarda gedərkən vətəndaşların üzərinə burada vacib öhdəlik düşür:

"Burada birlik nümayiş etdirsək, xəstəliyə qalib gəlmək olar. Əgər kimsə maska taxmırsa, onu başa salmaq lazımdır. Vəziyyəti izah edib, başqalarının həyatını təhlükəyə atdığını bildirmək lazımdır. Bütün öhdəlik dövlət strukturlarının üzərinə düşmür. Bu gün karantinlə xəstə sayının azaldılması ideal üsul olmasa da, başqa yolu yoxdur. Biz də karantin rejiminin qaydalarına əməl etsək,virusun yayılmasını azalda bilərik"