Bu gün:
Xezer.info » Xəbər » Üç gün iş olmayacaq – TARİXLƏR

Üç gün iş olmayacaq – TARİXLƏR


Üç gün iş olmayacaq – TARİXLƏR
İyun ayının 26-da Silahlı Qüvvələr günüdür
Bu həftə üç gün iş olmayacaq. Bazar ertəsi iyun ayında bayramlarla əlaqədər sonuncu qeyri-iş günüdür.
Gununsesi.info xəbər verir ki, 26 iyunda Azərbaycan Silahlı Qüvvələr günü qeyd ediləcək. Bayram bazar gününə təsadüf etdiyi üçün 27 iyun qeyri-iş günü elan edilib. Bununla da beşgünlük qrafiklə çalışanlar üç – şənbə, bazar və bazar ertəsi günü, altı gün işləyənlər isə 25-26-27 iyun tarixlərində istirahət edəcəklər.
Əmək Məcəlləsinə əsasən, bayramlar şənbə və bazar günlərinə düşərsə, növbəti həftənin ilk iş günü istirahət günü hesab olunur.
İyul ayında qeyri-iş günlərinin vaxtı açıqlanıb. Ramazan bayramı ilə əlaqədar ayın 6 və 7-də 2 gün qeyri-iş günü olacaq.