Bu gün:
Xezer.info » Sosial » Koronavirusla bağlı yeni iddia - Bu heyvandan keçib

Koronavirusla bağlı yeni iddia - Bu heyvandan keçib


Koronavirusla bağlı yeni iddia - Bu heyvandan keçib
Çinin Uhan şəhərində yayılan və yüzlərlə insanın ölümünə səbəb olan koronavirusla bağlı yeni iddia var.

"Xezer.info" "Reuters" agentliyinə istinadən xəbər verir ki, çinli mütəxəssislər ölümcül virusun panqolin adlı heyvandan keçə biləcəyini açıqlayıblar.

Bildirilir ki, məməlilər sinifinə daxil olan bu heyvanın ətinin satışı qanunla qadağan edilsə də, bunlardan virusun episentri olan dəniz məhsullarının satıldığı bazardan əldə etmək mümkündür.

Şimali Çin Universitetindən verilən açıqlamaya görə, bu, virusdan qorunmaq, yayılmasının qarşısını almaq və qaynağının kəşf edlməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Qeyd edək ki, indiyədək koronavirusun yarasalardan keçə biləcəyi bildirilirdi.