Bu gün:
Xezer.info » Sosial » Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə evlər verildi

Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə evlər verildi


Şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə evlər verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində yeni yaşayış binasından alınmış 12, Şirvan şəhərində isə 20 mənzil şəhid ailələri və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

"Qafqazinfo" xəbər verir ki, Gəncə şəhərində mənzillərin təqdim edilməsi tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Aparatının rəhbəri Hidayət Abdullayev, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Şirvan şəhərində isə nazirliyin Aparat rəhbərinin müavini Niyazi Rəhimov, Şəhər İcra Hakimiyyətinin başçısının müavini Məharət Mustafayev iştirak ediblər.

İctimai birliklərin və yerli ictimaiyyətin nümayəndələrinin qatıldığı tədbirlərdə bildirilib ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biridir. Prezident cənab İlham Əliyevin şəhid ailələrinə və müharibə əlillərinə xüsusi qayğısı nəticəsində bu tədbirlər ildən-ilə gücləndirilir. Yeni yaşayış binasından mənzillər alınaraq, həmçinin fərdi yaşayış evləri inşa etdirilərək həmin kateqoriyalardan olan vətəndaşlara təqdim edilir.

Yeni mənzillə təmin edilən vətəndaşlar şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılmasına, ümumən onların hərtərəfli təminatına göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.