“Ağ şəhər”də iki fəhlə kanalizasiya quyusuna düşərək ölüb
12-noy-2019Bakıda məşhur yaşayış kompleksində iki nəfər ölüb.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə noyabrın 11-i səhər saat 08 radələrində Bakının Xətai rayonunda yerləşən “Ağ şəhər”də baş verib. Orada fəhlə işləyən 1993-cü il təvəllüdlü Cavad İlyaslı çirkab sularının axıdılması üçün quyuya düşüb, orada əmələ gələn qazın təsirindən huşunu itirərək çıxa bilməyib. Ona kömək etmək üçün quyuya düşən fəhlə yoldaşı 1974-cü il təvəllüdlü Djamaladin Molayev də quyuda qazın təsirindən huşunu itirib. Onlar quyuda qalaraq ölüblər.
Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən meyitlər quyudan çıxarılıb.