Lavrov Yerevana səfər edəcək
08-noy-2019Rusiya Xarici İşlər naziri Sergey Lavrov 10-11 noyabr tarixlərində Ermənistana rəsmi səfər edəcək.
“Xezer.info”nun xəbərinə görə, bu barədə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
“Mövcud razılaşmaya əsasən, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri noyabrın 10-11-də erevana rəsmi səfər edəcək”, -deyə o, vurğulayıb.
Zaxarovanın sözlərinə görə, Lavrov səfər çərçivəsində Ermənistan Baş Naziri Nikol Paşinyan, Prezident Armen Sarkisyan və erməni həmkarı Zöhrab Mnatsakanyanla görüşəcək.
Görüşlər zamanı tərəflər ikitərəfli əməkdaşlığa, o cümlədən regional təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair geniş mövzuları müzakirə edəcəklər.