Soğan niyə ucuzlaşdı?
10-iyul-2019Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov soğanın qiymətinin ucuzlaşmasının səbəbini yazıb.
“Qafqazinfo” xəbər verir ki, o qeyd edib ki, havaların isti keçməsi Bərdədə sahələrdən soğanın yığımına mənfi təsir göstərmişdi: “Fermerlərin dili ilə desək, kəskin istilər həm soğanı “bişirir”, həm də yığım üçün sərf olunan iş saatını azaldır. Hər iki amil qısa müddət də olsa, qiymətlərə təsirini göstərmişdi. Amma qısa müddətə. Artıq ölkənin əsas soğançılıq bölgələrindən sayılan Beyləqan və Ağdamda baş soğanın kütləvi yığımına başlanıb. Hazırda Ağdamda sahədə soğanın bir kisəsi (33-34 kiloqram) 12 manata, Beyləqanda isə 10 manata təklif olunur. Fermerlər yaxın günlərdə qiymətlərin 5-7 manatadək enəcəyini proqnozlaşdırırlar. Qiymətlərin bu səviyyədən də aşağı enəcəyi istisna olunmur. Çünki məhsul ötən illərə nisbətən daha çoxdur. Bazarda təklifin artması, məhsulun bolluğu soğanın pərakəndə satış qiymətini də getdikcə ucuzlaşdırır”.
Günel Türksoy