Bu gün:
Xezer.info » Cəmiyyət » İran sərhədində daha bir əməliyyat - 4 nəfər tutuldu

İran sərhədində daha bir əməliyyat - 4 nəfər tutuldu


İran sərhədində daha bir əməliyyat - 4 nəfər tutuldu
Dövlət Sərhəd Xidmətinin (DSX) dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.

DSX-dən “Qafqazinfo”ya verilən məlumata görə, xidmətin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində martın 22-də Füzuli rayonunun Böyük Bəhmənli kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti sahəsində aşkaredici qurğudan dövlət sərhədinin pozulması barədə siqnal daxil olub.

Sərhəd zastavası dərhal “silaha” komandası ilə qaldırılaraq həmin sahə istiqamətində hərəkət edib və İrandan Azərbaycana doğru 2 nəfərə məxsus ayaq izləri aşkarlanıb.

Dövlət sərhədinin pozulması ilə əlaqədar Daxili İşlər Nazirliyinin Füzuli rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində 23 mart tarixində saat 07:00 radələrində Horadiz-Bakı avtomobil yolunun Füzuli rayonu Aşağı Yağlıvənd kəndi hissəsində “Opel” markalı avtomobildə olan 1 nəfər İran vətəndaşı 1993-cü il təvəllüdlü Xeyrabadi Səccad Qurban oğlu, 2 nəfər Azərbaycan vətəndaşı 1989-cu il təvəllüdlü İlyasov Zöhrab Şərafəddin oğlu və 1992-ci il təvəllüdlü Əliyev Toğrul İsa oğlu şübhəli şəxs qismində saxlanılıblar.

Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-qoşun axtarış tədbirləri nəticəsində daha bir nəfər İran vətəndaşı Cəfəri Fərhad Nəzi oğlu tutulub, əraziyə baxış zamanı ümumi çəkisi 3 kq 995 qr olan (1 kq 995 qr kokos, 2 kq marixuana və 1510 ədəd metadon həbi) narkotik vasitə aşkar olunaraq götürülüb.

Qeyd olunan fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.