Bu gün:
Xezer.info » Foto » Deputat oğluna DİN-də yüksək vəzifə verildi

Deputat oğluna DİN-də yüksək vəzifə verildi


Baş Dövlət Yol Polisi İdarəsində kadr dəyişikliyi olub. APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Baş Dövlət Yol Polisi İdarəsinin Avtomobillərin Texniki Müayinə Mərkəzinin rəisi Rauf Talıbov təqaüdə göndərilib. Onun yerinə isə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı Elşad Məmmədov təyin edilib.

Qeyd edək ki, Elşad Məmmədov millət vəkili Elman Məmmədovun oğludur. E.Məmmədov bir müddət Yasamal DYP-nin rəisi, daha sonra isə BŞDYPİ-də post tutub.