Bu gün:
Xezer.info » Cəmiyyət » Bu gündən sosial müavinətlər nə qədər artıb?

Bu gündən sosial müavinətlər nə qədər artıb?


Bu gündən sosial müavinətlər nə qədər artıb?
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncam bu gündən qüvvəyə minib.

“Qafqazinfo” sərəncamla sosial müavinətin məbləğindəki artımla bağlı arayışı təqdim edir:

- yaşa görə müavinət alanlar üçün 73 manatdan 130 manata,

- I qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 82 manatdan, müharibə əlilləri üçün 101 manatdan, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 94 manatdan) 150 manata,

- II qrup əlilliyə görə (ümumi səbəbdən əlillər üçün 61 manatdan, müharibə əlilləri, “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 81 manatdan) 130 manata,

- III qrup əlilliyə görə isə (ümumi səbəblərdən əlillər üçün 52 manatdan, müharibə əlilləri üçün 73 manatdan və “Çernobıl AES-də hərbi xidmətlər əlaqədar” və “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlilliyi olanlar üçün 61 manatdan) 110 manata,

- sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün 82 manatdan 150 manata,

- ailə başçısını itirməyə görə ailə üzvlərinin hər biri üçün 68 manatdan 80 manata

- valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumları (himayəçiləri) üçün 61 manatdan 100 manata,

- müddətli həqiqi hərbi xidmət qulluqçularının uşaqları üçün 68 manatdan 100 manata

- beşdən çox uşağı olan qadınların hər uşağı üçün 33 manatdan 55 manata, uşağın anadan olmasına görə 109 manatdan 200 manata,

- dəfn üçün ödənilən sosial müavinətin məbləğinin 146 manatdan 300 manata,

- 1941–1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləğinin 121 manatdan 150 manata çatdırılması nəzərdə tutulur. Sərəncama əsasən, həmin artımların edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müvafiq normativ hüquqi aktların layihələri hazırlanaraq on beş gün müddətində dövlət başçısına təqdim olunacaq.

Qeyd edək ki, sərəncam ümumilikdə 576,8 min nəfərə yönələn sosial müavinətlərin və Prezidentin aylıq təqaüdlərinin əhəmiyyətli dərəcədə artırılması, eləcə də həmin təqaüdlərin əhatə dairəsinin daha da genişləndirilməsi məqsədinə xidmət edir.

Sərəncama əsasən edilən artımlar üçün cari ilin 9 ayı üçün əlavə olaraq 300 milyon manat, illik isə əlavə olaraq 400 milyon manat vəsait ayrılacaq.