Beyləqanda skandal: POLİKLİNİKA MÜDİRİNİN OĞLUNUN VİDEOSU ORTAYA ÇIXDI
24-iyun-2016Fəxrəddin Quliyevin oğlu faizə pul götürərək qumarda uduzub, qaytara bilmədiyi üçün təhqiramiz formada görüntülərini yayıblar
Beyləqan Şəhər Poliklinikasının baş həkimi Fəxrəddin Quliyevin oğluyla bağlı şok video yayılıb. JAM.AZ xəbər verir ki, həmin görüntülərdə baş həkimin oğlu etiraf edir ki, həqiqətən də ayrı-ayrı şəxslərdən faizə pul götürərək, qaytarmayıb.
Belə ki, o, pulları qumarda uduzduğunu və bu səbəbdən də verə biləmdiyini deyib. Videonu çəkən şəxslərlə dialoqunda o, konkret olaraq tarix deyərək, həmin müddətə kimi pulu geri qaytaracağını vurğulayıb. Qaytara bilməyəcəyi təqdirdə isə heç də xoş olmayan təklif irəli sürüb. Üstəlik, həmin şəxslər bildiriblər ki, oğlu faizə pul götürərək adamları aldadır, atası isə poliklinikanı dağıtmaqla məşğuldur.
JAM.AZ xəbər verir ki, Fəxrəddin Quliyev Beyləqan rayonunda az-çox tanınan şəxslərdəndir. Onun oğluyla bağlı yayılmış video isə baş həkimi kifayət qədər hörmətdən salacaq həddədir. Hətta o da deyilir ki, məsələdən rayon rəhbərliyi xəbər tutub. Və təcili olaraq Beyləqanın baş həkiminə göstəriş verib ki, Fəxrəddin Quliyevlə bağlı tədbir görsün.
Xatırladaq ki, həmin görüntülər redaksiyamızda mövcuddur. Yaxın saatlarda videogörüntülərin qeyri-etik yerlərini çıxararaq, yayımlayacağıq.
Qarşı tərəfi də dinləməyə hazırıq.