Bu gün:
Xezer.info » Eksklüziv » “İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdı” - ABŞ-ın Yerevandakı səfiri

“İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdı” - ABŞ-ın Yerevandakı səfiri


“İşğal olunmuş ərazilər Azərbaycana qaytarılmalıdı” - ABŞ-ın Yerevandakı səfiri
“Dağlıq Qarabağ münaqişəsi işğal olunmuş ərazilərin bir hissəsi Azərbaycana qaytarılmadan həll edilə bilməz”.

“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, belə bir açıqlama ilə ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills çıxış edib.

“EVNReport” portalına müsahibəsində səfir Riçard Mills bildirib ki, erməni xalqı münaqişənin hansı yolla həllinə hazır olduğuna qərar verməlidir:

“Mən ilk dəfə bura gələndə görüşdüyüm ermənilərin əksəriyyətinin işğal olunmuş ərazilərin danışıqlar prosesinin bir hissəsi şəklində geri qaytarılmasının qəti əleyhinə olmalarına təəccübləndim. Ermənistanda məqbul həll yolları və ya mümkün güzəştlər barədə müzakirələrin olmaması faktı da məni heyrətləndirdi”.

Diplomatın sözlərinə görə, acı reallıq ondan ibarətdir ki, istənilən həll işğal olunmuş ərazilərin bir hissəsinin qaytarılmasını tələb edir.