Bu gün:
Xezer.info » İqtisadiyyat » “Azərbaycan xəritədən silinmək təhlükəsi ilə üz-üzə idi” - Vüqar Rəhimzadə

“Azərbaycan xəritədən silinmək təhlükəsi ilə üz-üzə idi” - Vüqar Rəhimzadə


“Azərbaycan xəritədən silinmək təhlükəsi ilə üz-üzə idi” - Vüqar Rəhimzadə
YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə İlham Əliyevin ilk dəfə prezident seçilməsinin 15 illiyi ilə bağlı məqalə ilə çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, “26 il: Qələbələr salnaməsi” başlıqlı yazıda baş redaktor Azərbaycanın müstəqillik qazandığı ilk illəri və sonrakı mərhələni şərh edib.

“Azərbaycan tarixinə xaos, anarxiya, özbaşınalıq, iqtisadi böhran dövrü kimi yazılan 1991-1993-cü ilin yayınadək olan mərhələ, eyni zamanda, müstəqilliyimiz üçün təhlükənin yarandığı illər kimi də xarakterizə olunur. O illərdə ölkəyə idarəçilik qabilyyəti olmayan, səriştəsiz insanların rəhbərlik etməsi Azərbaycanı müstəqilliyini itirmək, dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qoydu”.

Yazıda qeyd olunur ki, Azərbaycan xalqının istəyini əks etdirən 91 nəfər ziyalının 1992-ci ilin oktyabrında ulu öndər Heydər Əliyevə ünvanladığı “Azərbaycan Sizin sözünüzü gözləyir” müraciətində o dövrün gerçəklikləri öz əksini tapmışdı. “Müraciətdə, həmçinin bu məqam da diqqətə çatdırılırdı ki, yeni-yeni partiyaların meydana çıxması fonunda ölkədə ictimai-siyasi həmrəyliyin yaradılması istiqamətində heç bir iş görülmür”.

“Bu gün böyük fəxr hissi ilə müstəqilliyimizin ildönümlərini ulu öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti nəticəsində dünyada tanınmış, daxildə ictimai-siyasi vəziyyəti sabitləşmiş, iqtisadi-siyasi, sosial böhrandan çıxmış və nəhayət, 1995-ci ildən başlayaraq bütün sahələrdə inkişafı təmin edilmiş bir müstəqil Azərbaycan dövləti olaraq qeyd edirik”.
“Azərbaycan xəritədən silinmək təhlükəsi ilə üz-üzə idi” - Vüqar Rəhimzadə
Baş redaktor qeyd edib ki, 27 illik müstəqillik tarixinə malik olan Azərbaycanın uğurları bir-birini əvəzlədikcə gələcəyə inam daha da artır. “2003-cü ildə keçirilən prezident seçkilərində xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən İlham Əliyev Azərbaycanın daha da qüdrətli, güclü dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasətinin davam etdirilməsinin vacibliyini bəyan etmişdir”.

V. Rəhimzadə qeyd edib ki, ölkədə keçirilən hər bir seçki prosesindən Yeni Azərbaycan Partiyasının böyük qələbə ilə çıxması onu göstərir ki, xalqın bu partiyanın siyasətinə dəstəyi, inamı böyükdür: “Bu inam partiyanın sıralarının kəmiyyət və keyfiyyət baxımından möhkəmlənməsində də özünü təsdiqləyir.

Qısa təhlil 1992-ci ilin oktyabr ayının bu gününün müasir dövrümüz üçün önəmini bir daha açıqlayır və bu inamı ifadə etməyimizə əsas verir ki, Azərbaycan Heydər Əliyev yolu ilə inamla irəliləyir, onun yaradıcısı olduğu və hazırda dövlətimizin başçısı İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasını daha böyük qələbələr gözləyir”.