Bu gün:
Xezer.info » Media » ATV-də nə baş verir?- ŞOK İTTİHAMLAR

ATV-də nə baş verir?- ŞOK İTTİHAMLAR


ATV-də nə baş verir?- ŞOK İTTİHAMLAR
Azərbaycan teleməkanında problemlər çoxdur. Həmin problemlərdən biri də əmək haqqı problemidir. Bir çox işçilərlə əmək müqaviləsi imzalanmır, sınaq müddəti adı ilə insanlar işlədilir və əmək haqqı verilmədən yola salınır və s. Yenilik.Az-a daxil olan şikayət xarakterli məlumat da bu cür problemlərdən bəhs edir.

Xatırlayırsınızsa bir müddət əvvəl ATV-də daxili narazılıqlar baş qaldırdığı, işçilərin əksəriyyətinin Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğlunun ATV-yə rəhbər gətirilməsini arzuladığını və onun həqiqətən də ATV-yə rəhbər təyin olunacağı barədə informasiyalar olduğunu qeyd etmişdik. Lakin həmin material yayımlandıqdan sonra V. Aydınoğlu ilə ATV-nin hazırki rəhbəri Vüqar Qaradağlının qaynı və ATV-də ikinci şəxs olsa da əslində birinci şəxsin səlahiyyətlərindən də istifadə edən Rauf Dadaşovun münasibətlərinin kəskinləşməsi xəbəri yayıldı. Hazırda ölke.az-ın verdiyi xəbərə görə, vitse-prezident Rauf Dadaşovla Vaqif Aydınoğlu arasında münasiblətə çox gərgindir və hər kəs bu gərginliyin kimin xeyrinə bitəcəyini maraqla gözləyir. İndi isə daxil olan müraciəti olduğu kimi dərc etməklə yanaşı ATV rəhbərliyinə də cavab haqqı tanıdığımızı bildiririk.

“Salam yenilikaz . Əvvəla qeyd edək ki, kanalda güclü vergi yeyintisi var. Təklif edirəm Vergilər nazirliyindən bir dəfə bizim şirkətə baş çəksinlər. Telekanalın 80 % əməkdaşı ştata alınmır. Alınanlar isə Rauf Dadşovun adamlarıdır. Maaşların 50 % kartla 50% buxarteriyadan əllə alırlar. Bu gedişatla kanal vergidən yayınır. Səsimizi çıxartmağa qorxuruq. Çünki Taleh Rauf Dadşovun yaxın adamıdır. Siz orda düz qeyd etmisiz.

Taleh Tünzalə xanımla da dalaşıb ayrılmışdı. Talehin planı həmişə elə olub. Kimi çıxartmaq istəsə onunla dalaşır. Sonuncu dəfə Rəcəb müəllimlə də, mübahisə etdi və səhəri günü Rəcəb müəllim işdən azad olundu. Rəcəb müəllim sürücülərin rəhbəri idi. Məktub məsələsinə qaldıqda çox sayda əməkdaş var ki, prezidentə açıq məktub yazmaq istəyir. Çünki burda adamın yoxdursa maaşın və ya daimi işin yoxdu. Sentiyabrda işçi götürüb mayda sağollaşırlar. O qədər işləyən diribaş qızları-oğlanları haqsız yerə çıxardıblar ki..

Hətta sonuncu dəfə Məqsəd müəllimi Atv dən uzaqlaşdırdıqlarından sonra onun gətirdiyi və işləyən uşaqlarıda şirkətdən çıxardılar. Adlarının qarşısına “MƏqsəd” yazılaraq yavaş yavaş kənarlaşdırdılar. O uşaqların bir günahı var idi. Məqsəd müəllimin seçdiyi və bəyəndiyi uşaqlar olmasıdır. Rauf Dadaşov konkret haqsızlıqlar edir. Baxmayaraq ki, biz hazırda burda çalışırıq amma həqiqətən fikrimiz var ki, toplaşaq bir yerə . Təxminən mənim tanıdıqım 12 nəfərə qarşı böyük haqsızlıq var. Atv də bir şey rahatdır – o da sərbəstlikdir.

Kim saat neçədə gəldi və ya gəlmədi. Rəhbərlik qətiyyən belə şeylə maraqlanmır. Amma altdan-altdan zülm edir. Kaş ke ANS –dəki kimi burda da ciddi rejim olardı. Və yaxşıda maaş alardıq. Və də haqsızlıq olmazdı. Fuad Dadaşov məsələsidə düzdür. Atv nin qabağında günlərlə yatan adamlar var ki istedadı və qabilyyəti yüksəkdir de gəl ki, elelərinə dəstək olmur. Bir daha qeyd edirik ki, adamın yoxdursa batdın. Rauf Dadaşov heç bir gəncə dəsətək olmur. Fərid Rəsuldan başqa heç bir gənc aparıcı yoxdur ATV də. Fərid Rəsulda Raufun qohumu, yerlisi. İkisidə Neftçalalı…

Atv-nin Zaurundan və Nanəsindən başqa hansı yetirmiş aparıcısı var? İlhamə ? Yoxsa Mətanət ? Ceyhun Əli ? Ya İlqar Mikayıloğlu? Fatma Bağırov? Ya Aytən? Orxan Fikrət oğlu? Ya Kəmalə? Hüsniyə ? Ya İslam? Kim axı kim? Ans yetişdirir ATV hazıra nazir olur. Nəqədər oğlanları və qızların arzusunu ürəyində qoyub Rauf Dadaşov.

Çox işçiləri məcburi məzuniyyətə göndərirlər. Bu arada birazdan Qaradağlınında qızı Fuad Dadşov və Almaxanım kimi efirlərdən yığışmasa heç çəşmarıq. İnanın ki, bu gün sizin yazını şirkətdə oxuyan hər kəs “Təmiz söhbətdir.” “Haqlıdır sayt” “Düz sözə nə deyəsən “ “televizyadan anlayışı olmayanı gətirib bu səviyyəyə çıxardan da belə olar “ kimi cümlələr qurdu. Mən də çox istədim ki sizə yazım. Lap paylaşın yada məlumatlardan yararlanada bilərsiz. Bəlkə səsimizi eşidən olacaq. Rauf Dadşov desin görək hansı gəncə dəstək olub? Fərid Rəsuldan başqa.. Rauf Dadşov hazıra nazir gəlib. Gələndən sonrada Tək Fəridə dəsətək olub. Kim ki layhə ilə yanına qalxırsa , məsələ elə orda da ölür. Bir ay sonra görürlər ki, kiminsə yazdığı Layihəni başqası edir .

Operatorlar gəlir 9 ay maaşsız çalışır. Adın qoyurlar stajor. Halbu ki and olsun Allaha stajor dedikləri canlı yayımıda çəkir və kənar çəkilişlərədə gedir. Yol pulu belə verilmir uşaqlara. Bu dəqiqə 6-7 nəfər “stajor” adı ilə işləyən operator var . Hələ arasında qızlarda var ki, operator kimi pulsuz atvdə çalışır. Bu yaxınlarda qəzaya düşən aparıcı Aysel ilə belə kanal tam maraqlanmırdı. Taleh gecə bir kəlmə “salam yaxşısız hə fso” deyərək əməkdaşlarla danışıb. Sonra çatıb buna ki vəziyyət gərgindir. Belə bir qayda var ki, əgər uzaq yol çıxılırsa xidməti maşında əməkdaşın anasıda gedə bilər (qızını tək qoymamq üçün Ayselin anası Aysellə gedib) Amma kanal nəinki anası ilə maraqlanır heç Aysel və operatorla belə o qədər maraqlanmır. Xala xətrin qalmasın deyə… Ayselin anasına həkim 2 ay vaxt qoyub. Ya yeriyəcək ya da yox. Amma bu cür ağır vəziyyətdə belə kanal və Rauf Dadşov o qədərdə geniş maraqlanmır.

Rauf Dadşov polisləri “vurdu”. Onun maşınını cərmə meydançasına apardıqları üçün. 6 dəqiqəlik süjetlə. Bəs Rauf Dadşovun guya sərxoş sürücülərindən xəbəri yoxdur? Qorxa-qorxa çəkilişə gedirik. Oğlanlara nə vaxr e qızlar həyacan keçiri. Məsələm Salman adlı sürüc. İstənilən vaxt tibbi müayınə edilsin adam hər gün içkili maşın idarə edir. Hətta Zaur Baxşəliyev rayonların birində çəkilişdə olanda görüb Salman yenə içkili maşın sürür. Maşını tərk edib taksi ilə yola davam edib. Rejisor Sevinc xanımın xahişi ilə məsələ şişildilməyib. Salmanın avtomobilini tək Zaur yox bir neçə layihə rəhbərləridə tərk edib.

Sözümüzün canı odur ki, əgər biz işimizdə bir yüngül sahv etsək Taleh Bağırov bizi dərhal işdən çıxardar. Amma kim ki ona yaxındır və adamı var ona əl dəymir ki dəymir. Ehh çox boşluqlar var. Bu günlərdə Taleh Bağırov müahifizə xidmətinin rəisi ilə də dalaşıb. Görünən odur ki, deyəsən Azər Hacıyevdə bu yaxınlarda ATV-dən uzaqlaşdırılacaq. Dediyimiz kimi Taleh kimisə işdən çıxardırsa onunla sünü şəkildə dalaşır… Mən indi çox sayta haqsızlıqla qarşılaşıb işdən kənarlaşdırlan uşaqlara deyəcəm sizə yazsınla. Əslində tərsinədir . Oğlanlar susur qızlar danışır. Məncə şirkətin oğlanları danışsa çox faktları açıb danışarlar.

Neçə ildir burdayam. Köhnə müdüriyyəti də görmüşəm təzənidə. Amma bir dəfə görmədim nə Rauf Dadşov nə də Vüqar Qaradağlı otaqları gəzsin. Əməkdaşlaır ziyarət etisin. Hal əhval soruşsun. . Heç vaxt olmadı. Axranlarla şirkətə daxil olub axranlarlada çıxırlar. Amma əvvəlki rəhbər tez-tez otaqa daxil olardı. Bizimlə söhbət edərdi. Hətta zarafatlaşardı.. Bir sözlə deyir burda mənəm bağdadda kkor xəlifə…
Allah bilir ki yalan danışmıram. Mənimdə balalarım var. Yazığım gəlir ATV-dəki gəncliyə.. Özləri bilsin.
Diqqətiniz üçün çox sağolun”.

ATV-nin və yazıda adı çəkilən hər bir şəxsin mövqeyini dərc etməyə hazırıq.