NASA-dan xəbərdarlıq – Dondurucu soyuqlar gəlir
08-okt-2018ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bu qışda tarixi şaxta müşahidə ediləcəyini açıqlayıb.
“Qafqazinfo” “Haber7”yə istinadən xəbər verir ki, mütəxəssislər atmosferdəki ən üst təbəqə olan termosferin soyuyaraq daraldığını və Günəşin ən kənar qatındakı ləkələrin az hərəkətli olduğunu müşahidə ediblər.
Bu ləkələrin az hərəkətli olması isə qışın çox sərt keçəcəyindən xəbər verir.
Məlumata görə, sonuncu dəfə buna bənzər təbii dəyişiklik 18-ci əsrdə müşahidə edilib.
NASA prosesin belə davam edəcəyi təqdirdə, yaxın aylarda dondurucu soyuqların tarixi rekord qıracağı barədə xəbərdarlıq edib.