Bu gün:
Xezer.info » Cəmiyyət » “Nar”-dan autizmli uşaqlara dəstək

“Nar”-dan autizmli uşaqlara dəstək


“Nar”-dan autizmli uşaqlara dəstək
“Nar” əməkdaşları autizm spektr pozğunluqları ilə üzləşən uşaqların çalışdığı “Kashalata” kafe-atelyenin qonağı oldu və uşaqlarla görüşdü. Autizmli uşaqların cəmiyyətə inteqrasiyasına dəstək olmaq və onların sosial bacarıqlarını artırmaq məqsədilə “Kashalata” kafedə autizmli uşaqlar çalışır və müştərilərə özləri xidmət göstərir. Mobil operatorun əməkdaşları xüsusi diqqət tələb edən uşaqların çalışdığı kafe üçün zəruri olan avadanlıq hədiyyə etməklə yanaşı, kafenin müştərisi oldu.

Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla görüşdə “Azerfon” MMC-nin baş icraçı direktoru Qunnar Panke də iştirak edib: ““Nar” üçün yükksəkkeyfiyyətli xidmətlə yanaşı, sosial layihələri həyata keçirmək çox önəmlidir. Korporativ Sosial Məsuliyyət (KSM) strategiyamız çərçivəsində cəmiyyətimizdə xüsusi qayğıya ehtiyacı olan autizmli uşaqlara böyük məmuniyyət hissi ilə dəstək oluruq. İnanırıq ki, bir çox biznes qurumları da bu təşəbbüsümüzə qoşulacaq”.

Qeyd edək ki, “Kashalata” kafe Autizm Spektr Pozğunluqları ilə üzləşən uşaqlarla işləyən "Birgə və Sağlam"İctimai Birliyinin nəzdində fəaliyyət göstərir. Reabilitasiya mərkəzində 70-dən artıq xüsusi qayğıya ehtiyacı olan autizmli uşaq var.

Autizmli uşaqlara dəstək “Nar”-ın KSM strategiyası çərçivəsində baş tutub. Mobil operatorun həyata keçirdiyi KSM strategiyası haqqında daha ətraflı məlumatı nar.az saytından öyrənmək olar.

“Azerfon” şirkəti (“Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. “Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. “Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. “Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 93%-ni əhatə edir və 7000-dən artıq baza stansiyası ilə 2,1 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir