Bu gün:
Xezer.info » Xəbər » Meriyadan dünənki leysanla bağlı - “Azərsu”ya sərt ittiham

Meriyadan dünənki leysanla bağlı - “Azərsu”ya sərt ittiham


Meriyadan dünənki leysanla bağlı - “Azərsu”ya sərt ittiham
Bakı Şəhər İcra Hakimiyyəti dünən paytaxtda yağan güclü yağış və yollarla yaranan gölməçələrlə bağlı açıqlama yayıb. Qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, sentyabrın 23-də Bakı şəhərində yağan intensiv yağışlar nəticəsində bir sıra fəsadlar yaranıb, proqnoz və ehtimallardan artıq yağan yağış suları şəhərin bəzi ərazilərini, küçə və prospektlərini, bir sıra binaların zirzəmilərində yerləşən obyektləri basıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumatlara görə 40 dəqiqə ərzində yağan yağıntının miqdarı Bakıda 21 mm təşkil edib. Bu da aylıq normanın 122 %-i (norma 17.2 mm) deməkdir. Nərimanov rayonunda bu göstərici hətta 191 % olub. Bu da fövqəladə hal olaraq bir növ təbii fəlakət sayılır.

Fövqəladə halla əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən dərhal operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilib, “Azərsu” ASC, Fövqəladə Hallar Nazirliyi, paytaxtın və rayonların təsərrüfat xidmətlərinin əməkdaşları, texnika və avadanlıqları səfərbər olunmuş, leysanın fəsadlarının aradan qaldırılması istiqamətində konkret tədbirlər görülüb. Kommunal və digər xidmətlərin əməyi nəticəsində leysan dayandıqdan sonra qısa vaxt kəsimində mərkəz ərazilərə dolmuş sular çəkilib, küçə və prospektlər yağışın gətirdiyi torpaq və tullantılardan təmizlənib, nəqliyyatın hərəkəti bərpa olunub. Sakinlərin elektrik enerjisi, təbii qaz və su ilə təminatında ciddi problemlər yaranmayıb.