Vətəndaşın başına görün, necə oyun açıblar... - GİLEY
20-sen-2018Rüstəmov Ramin Elbrus oglu tərəfindən Moderator.az-a şikayət məktubu daxil olub:
Hörmətli baş prokuror!
Bildirirəm ki Bakı şəhəri Mərdəkan qəsəbəsində xüsusi mülkiyyətim olan 48 sot torpaq sahəm olub. 15.05.2018 tarixində mənə məlum olub ki, mənə məxsus torpaq sahəsi qeyri qanuni olaraq Abdulov Faiq Fazil oğluna "verilmiş etibarnamə" ilə Abbasov Sərdar Cəmil oğluna satılıb.
Tam məsuliyyətimlə bildirirəm ki, həmin şəxsləri tanımıram və bu barədə məlumatım yoxdur. Guya mən Turkiyə respublikasında kiməsə etibarnamə vermişəm və bunun nəticəsində də alqı- satqı müqaviləsi baglayıblar. Üzləşdiyim bu dələduzluq əməlində 19 sayli Baki şəhəri dövlət notariat kontoru saxta sənədlər təsdiq etməklə xüsusi rol oynayır.
Hörmətli Zakir müəllim!
Üzləşdiyim cinayət əməli ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etsəm də iş Yasamal rayon prokrorluguna göndərilib və orada araşdırılır.
Həmçinin Xəzər rayon məhkəməsində xüsusi iddia qaldırmışam. Hakim Tərlan Əkbərov işi obyektiv aparsa da cinayətkarların ifşa olunması istiqamətində adekvat addımların atılması nədənsə yubanbır. Eyni zamanda hakimin həmin saxta alqı-satqı müqaviləsinin guya qeydə alındığı notariat kontoru da verilən sorğuya cavab verməkdən imtina edir.
Cənab baş prokuror!
Sizin ədalətinizə güvəndiyimdən və məsələyə müdaxilə edəcəyinizə inandığımdan mətbuat vasitəsilə bir daha müraciət etmək qərarına gəldim. Ümid edirəm ki, həmin cinayətkar şəbəkənin ifşa olunması üçün müvafiq göstərişlərinizi verəcəksiniz və mənim pozulmuş hüquqlarım bərpa olunacaq, əmlakımı ələ keçirən şəxlər və onlarla əlbir olanlar ədalət mühakiməsi qarşısında cavab verəcəklər.
Əvvəlcədən Sizə minnətdarlığımı bildirirəm!