Bu gün:
Xezer.info » Eksklüziv » Prezident Masallıya 4 milyon ayırdı

Prezident Masallıya 4 milyon ayırdı


Prezident Masallıya 4 milyon ayırdı
Prezident İlham Əliyev Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.


"Xezer,info" AzərTac-a istinadən xəbər verir ki, sərəncama əsasən, Masallı rayonunda 3230 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 37 kiçik sututarında zəruri təmir-bərpa işlərinin aparılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş prezidentin ehtiyat fondundan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 1,0 (bir) milyon manat ayrılıb.

Prezidentin imzaladığı digər sərəncamla Masallı şəhərində abadlıq-quruculuq işlərini davam etdirmək, o cümlədən 10 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün Masallı Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.