Bu gün:
Xezer.info » Siyasət » İcra başçısıyla müavini vətəndaşın 10 min manatını «atdılar»

İcra başçısıyla müavini vətəndaşın 10 min manatını «atdılar»


İcra başçısıyla müavini vətəndaşın 10 min manatını «atdılar»
Göyçayın sabiq rəhbəri Mübariz Ağayevlə müavini Ədalət Dövlətov Əlibaba Mehdiyevin torpaq sahəsini alaraq, müqabilində kompensasiya ödəməyiblər

Göyçay rayonunun sabiq icra başçısı Mübariz Ağayev və onun müavini Ədalət Dövlətov sakinləri aldadaraq, pulunu mənimsəyiblər. Bu barədə JAM.AZ-a Göyçay rayonu, Heydər Əliyev prospekti, ev 81 ünvanında yaşayan Əlibaba Mehdiyev deyib.
O bildirib ki, Mübariz Ağayevin qanunsuz əməllərindən dolayı o və ailə üzvləri intihar etmək həddinə çatıblar. Əlibaba Mehdiyev deyir ki, keçmiş icra başçısı onlara 10 min manat borclu olub. Borcun yaranmasına səbəb isə Göyçayda aparılan abadlıq işləri vəsilə olub. «2015-ci ildə abadlıq işləri aparılarkən Heydər Əliyev Mərkəzinin qarşısında Gənclər Mərkəzi tikilən və park salınan zaman ərazidəki evləri kompensasiya verərək, sökdülər. Həmin vaxt Elşad Məmmədova məxsus mağazin də plana düşdü və müqabilində bir qədər pul ödənilərək, digər qisminə də mənim həyətyanı torpaq sahəm verildi. Kredit borcumuz olduğundan torpağımızın bir qismini satmaq məcburiyyətindəydik».
Lakin sabiq icra başçısı onlara torpağa görə pulun bir hissəsini versə də, 10 min manat borclu qalıb. Onun sözlərinə görə, həmin vaxt Mübariz Ağayev Mehdiyevlərin qarşısında and içib, aman edib ki, tezliklə həmin pulu verəcək. «Ötür ötürə salıb, bizi incidəndən sonra dedi ki, bəs, «qələt edib söz vermişəm. Pul yoxdur». Bunu da belə əsaslandırdı ki, guya, Göyçaya ayrılmış 3 milyon manat vəsait təyinatı üzrə verilməyib. Ona görə də, pulu verə bilməyəcək».
Əlibaba Mehdiyev JAM.AZ-a göndərdiyi məktubunda vurğulayır ki,Ö bu prosesdə təkcə sabiq icra başçısı deyil, həmçinin onun müavini Ədalət Dövlətovun da rolu böyük olub. «Hazırda buna görə, banka olan borcumuzu ödəyə bilmirik. Özümüzü öldürmək həddindəyik».
İcra başçısıyla müavini vətəndaşın 10 min manatını «atdılar»
İcra başçısıyla müavini vətəndaşın 10 min manatını «atdılar»
İcra başçısıyla müavini vətəndaşın 10 min manatını «atdılar»