İlham Əliyev Çili prezidentini təbrik etdi
17-sen-2018Prezident İlham Əliyev Çili prezidenti Sebastian Pinyeraya təbrik məktubu göndərib.
“Qafqazinfo”nun məlumatına görə, təbrikdə deyilir:
“Hörmətli cənab Prezident, Çili Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost xalqınıza daim sülh və tərəqqi diləyirəm”.