Bu gün:
Xezer.info » Xəbər » Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək – ÜNVANLAR

Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək – ÜNVANLAR


Aşura günü könüllü qanvermə aksiyaları keçiriləcək – ÜNVANLAR
Hər il olduğu kimi, bu il də Məhərrəm ayının 10-cu günü – Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qana ehtiyacı olan xəstələrə yardım məqsədilə könüllü qanvermə aksiyaları keçiriləcək.

Nazirlikdən verilən məlumata görə, aksiyalar 20 sentyabr 2018-ci il tarixində Bakı və regionlarda təşkil olunacaq.

Könüllü aksiyada iştirak etmək arzusunda olan vətəndaşlar aşağıdakı ünvanlara gələrək qan verə bilərlə:

Bakı şəhəri üzrə:

– Binəqədi rayonu “İmam Əli məscidi”,
– Xəzər rayonu 14 saylı Birləşmiş Şəhər xəstəxanası və “Mir Mövsüm ağa Ziyarətgahı”,
– Nəsimi rayonu “Əjdər bəy məscidi” (mərasim zalı) və 20 saylı şəhər poliklinikası,
– Nizami rayonu “Şah Abbas məscidi” ,
– Sabunçu rayonu “Rəhimə xanım ziyarətgahı”,
– Səbail rayonu “Bibiheybət məscid ziyarətgahı” və “İçəri şəhər Cümə məscidi”,
– Suraxanı rayonu “Qaracuxur məscidi”,
– Yasamal rayonu “Təzə pir məscidi” və “Hacı Soltanəli məscidi”.

Əvvəlki illərdən fərqli olaraq vətəndaşların istəklərini nəzərə alıb regionlarda da analoji aksiyaların təşkili nəzərdə tutulub.

Aksiyaların təşkil olunacağı ünvanlar aşağıdakılardır:

– Gəncə şəhəri “İmamzadə kompleksi”,
– Lənkəran şəhəri “Böyük bazar məscidi”,
– Mingəçevir şəhəri “Heydər məscidi”,
– Sumqayıt şəhər “Cümə məscidi”,
– Şəki şəhəri “İmam Əli məscidi”,
– Mərkəzi Qan bankının Şırvan bölməsi,
– Ağcabədi Mərkəzi rayon xəstəxanası,
– Beyləqan Mərkəzi rayon xəstəxanası,
– Bərdə rayonu “Bərdə İmamzadəsi”,
– Biləsuvar rayonu “Cümə məscidi” (mərasim zalı),
– Cəlilabad Mərkəzi rayon xəstəxanası,
– Xaçmaz şəhər məscidi,
– Ağsu rayon mərkəzi xəstəxanası,
– Qan bankının Quba bölgəsi,
– Masallı şəhər Cümə məscidi.

Aksiyalar saat 09:00-dan başlayacaq. Tədarük olunan qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan bütün xəstələrin müalicəsində istifadə olunacaq.