Sabahın hava proqnozu
12-sen-2018Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti sabaha olan hava proqnozunu açıqlayıb.
"Qafqazinfo" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında sentyabrın 13-də hava şəraitinin dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun Abşeron yarımadasında gecə 19-22, gündüz 28-33, Bakıda gecə 20-22, gündüz 30-32 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə və gündüz 55-65 faiz olacaq.
Abşeron çimərliklərində
Sentyabrın 13-də şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) dəniz suyunun temperaturu 23-24, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) isə 24-25 dərəcə isti təşkil edəcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Azərbaycanın rayonlarında
Sentyabrın 13-də hava şəraitinin yağmursuz keçəcəyi, lakin gecə bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Qərb küləyi əsəcək, gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 17-22, gündüz 31-36, dağlarda gecə 10-15, gündüz 20-24 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 13-də Abşeron yarımadasında iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.