Bu gün:
Xezer.info » Hadisə » Doğuş zamanı ölümlərə görə baş həkim və 11 tibb işçisi işdən çıxarıldı

Doğuş zamanı ölümlərə görə baş həkim və 11 tibb işçisi işdən çıxarıldı


Doğuş zamanı ölümlərə görə baş həkim və 11 tibb işçisi işdən çıxarıldı
Səhiyyə Nazirliyində Azərbaycanda doğuşayardım xidmətinin vəziyyəti və 2018-ci ilin səkkiz ayı ərzində riskli hamiləlik və doğuş hallarının təhlilinə həsr edilmiş geniş kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən “Minval.İnfo”ya verilən məlumata görə, səkkiz ay ərzində ümumi doğuşun 0,015% ölümlə nəticələnib.

Ana ölümlərinə səbəb kəskin qan itirmə, ağciyər-ürək-damar çatışmazlığı, anestezioloji qüsur olub.

Bildirilib ki, işlərində yol verdikləri nöqsanlara görə 11 tibb işçisi tutduğu vəzifəsindən azad edilib: bir baş həkim, bir Regionlal Perinatal Mərkəzinin direktor vəzifəsini icra edən, üç nəfər həkim mama-ginekoloq, üç nəfər həkim anestezioloq-reanimatoloq, bir nəfər həkim-cərrah, iki nəfər orta tibb işçisi.

Digərlərinə qarşı müxtəlif inzibati cəza tədbirləri görülüb və təkmilləşmə kurslarına göndərilib.