Bu gün:
Xezer.info » Dünya » Almaniyadan İdlib xəbərdarlığı: “Fəlakət!” – Türkiyə ilə məsləhətləşmə başlayır

Almaniyadan İdlib xəbərdarlığı: “Fəlakət!” – Türkiyə ilə məsləhətləşmə başlayır


Almaniyadan İdlib xəbərdarlığı: “Fəlakət!” – Türkiyə ilə məsləhətləşmə başlayır
İdlibdə baş verə biləcək insani fəlakətin qarşısını almaq üçün hər cür cəhd göstərəcəyik.

Bu fikirləri Almaniya daxili işlər naziri Heiko Maas deyib.

O, bildirib ki, bu həftə Ankaraya səfəri zamanı İdlib mövzusunu müzakirə edəcək. Onun fikrincə, Türkiyə İdlib məsələsində əhəmiyyətli partnyordur.

Suriya müxalifətinin qərarlaşdığı İdlibdə aparılan əməliyyatın insani fəlakətə səbəb olacağı haqda xəbərdarlıq edən alman nazir bəyan edib ki, bu fəlakətin qarşısını almaq məsələsində hər cür çaba göstərəcək:

“Biz keçmişdə Əsədin necə vəhşiliklər etdiyini görmüşük. İdlib bölgəsində 3 milyon insan yaşayır. Çox ciddi durumla qarşı-qarşıyıq”.