Bu gün:
Xezer.info » Cəmiyyət » Qarabağ əlilləri Hacıbala Abutalıbova müraciət etdilər

Qarabağ əlilləri Hacıbala Abutalıbova müraciət etdilər


Qarabağ əlilləri Hacıbala Abutalıbova müraciət etdilər
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı ,professor
Hacıbala Abutalıbova
Bakı şəhəri , Suraxanı r-nu ,Y.Günəşli , “V” massivi ,ev 31 ,
Bakı şəhəri , Nərimanov rayonu ,Ə.Rəcəbli -46 “Əlillər evi”
Sakinlərinin (tel.0518582151)

M Ü R A C İ Ə T İ
Hörmətli professor !
“Əlillərin sosial müdafiəsi haqqında” qanunla , BMT Konvensiyası , Konstitusiya ,Prezident Fərmanı , Nk-nın qərarları ilə bizə şamil olunan güzəştləri bu güzəştləri tətbiq etməli olan qurumlar mənimsəyib . Bizə Prezidentin “Əlillərin sosial müdafiəsi haqqında” qanunun 36 ,41 , 42 , 43 maddələrinə uyğun olaraq telefondan istifadə haqqını ,nəqliyyatdan istifadə haqqını,dərman pulunu , mənzil – məişət xidməti haqqını ödəmək üçün 26.12.2001 tarixli 613 saylı Fərmanla müəyyən etdiyi 26 manatlıq aylıq müavinəti maliyyə , sosial müdafiə qurumları verməkdən imtina edir ki, NK –nın 27.02.2007 tarixli 40 saylı qərarı ilə kəsilib . Məgər NK _nın qərarı Prezident Fərmanından , Qanundan üstün qüvvəyə malikdir? Prezidentin fərmanını ,qanunu NK qüvvədən salacaqdısa , onda bu qanunu , fərmanı Prezident nəyə və kimə görə imzalayıb ? Müddətdən artıq xidmət edən (MAXE) qulluqçular kimi bizə əvvəlki illərə görə ödənilməli məbləği də maliyyə qurumları DSMF-ə köçürmür ki , pulumuzu alaq .Özü də 2006 –dan bəri olan məbləği hesablayıb verirlər . Niyə ? Axı , bu 1992-93-dən hesablanıb verilməlidir .Bunu indiyə kimi güc strukturları mənimsəyib , indi də 2006-dan - pensiya işlərinin DSMF-ə verilməsi tarixindən hesabladırlar . 2006 –ya kimi olan məbləği bəs kim ödəyəcək ?
Bizə “Əlillərin sosial müdafiəsi haqqında” qanunun tələbinə uyğun olaraq qaraj ,fərdi yaşayış evi ,sahibkarlıq üçün yerlər də ayrılmır . Haranı göstəririk , anındaca başqasına satırlar .Y.Günəşlidəki “Əlillər evi”nin yaxınlığında 5 nəfər 1-ci qrup Qarabağ əlilinin (biri artıq dünyasını dəyişib) qazanc mənbəyi olan kiçik avtoyuma məntəqəsinin yanında Suraxanı RİH qanuna zidd olaraq “öz sahibkarlarına” böyük , yaraşıqlı avtoyuma sexi ayırıb və bizim çörəyimizə bais olub . Qanunda isə yazılıb ki , əlillərin istehsal etdiyi , xidmət göstərdiyi sahə üzrə başqalarının xidməti , mal buraxması qadağandır . Niyə Suraxanı RİH dərman , çörək pulumuzu əlimizdən alır? Məgər başqa yer yox idi ? Bizim evin yanını niyə RİH sərəncamla öz adamlarına verir? İndi də 100 minə aldığımız avtomobilin üzərinə dələduzluqla həbs qoymaq istəyirlər ki , 5 il qabaq “Əmrahbank” bu maşını niyə başqasının adına sənədləşdirib . Bunun əmlakına həbs qorxusu olan maşını 5-ci alan Qarabağ əlillərinə nə aidliyi var ? Bəyəm Nəsimi məhkəməsi görmür ki , iddia müddəti keçib , iddia ona cavabdehlik daşımayan Qarabağ əlillərinə qarşı verilib ?Nərimanovdakı əlil-şəhid , milli qəhraman ailələrinin durumu daha ağırdır . Məmurlar buranı zəbt edib yerində kommersiya obyektləri ,villalar tikiblər və tikinti yenə də davam edir , evi dörd yandan hasarlayıblar . Nə havası var , nə bir ağacı , nə TV ötürücüsü , nə pandüsü , nə yeraltı-yerüsütü keçidi , piyada zolağı , nə də kanalizasiyası . Olmayan kanalizasiya və s. “xidmətə” görə isə bizdən zorla pul alınır . Verməyəndə yaşayış yerindən arayış verilmir . Bizə telefon , qaz , işıq , su çəkilişi qanunla pulsuz olsa da bu qurumlar qanunu yox , ciblərini üstün tuturlar . Qanpulumuzu da maliyyə naziri , dövlət sığorta şirkəti mənimsəyir , məhkəmə qərarını da saymırlar.Dəfələrlə müraciət etsək də bizi qoruyan da yoxdur.
Əminik ki , Prezidentin bu qanunsuzluqlardan , əlil-şəhid ailələrinə olan haqsızlıqdan xəbəri yoxdur . Onu xəbərdar etmək üçün müraciətlərimizi də ona vermirlər.Ona görə də mitinq yolu ilə dərdimizi açıqlamaqdan başqa yol qalmır.
Göstərilənləri əsas tutub , 25 . 06 . 2016-cı ildə saat 15-dən 17-yə kimi 500 nəfər əlilin iştirakı ilə Nərimanov metrostansiyasının çıxışındakı bağda “Əlillərin qan , dərman pulunu yeyənlərə ar olsun”, ”Biz də insanıq” , ”Əlillərin insan kimi yaşamaq hüququ var” , ”Əlillərə ayrıca ombudsman ayrılsın” şüarları ilə mitinq keçirəcəyik . Mitinqi razılaşdırmağınızı və təhlükəsizliyimizin təminatını diləyirik.
Əlavə olunur : imzalar (51 imza)


Qoşma : imza vərəqləri.