Bu gün:
Xezer.info » Müsahibə » Son Dəqiqə: “Paşinyan Qarabağı Azərbaycana qaytarır - Bax Bu olmalıydı

Son Dəqiqə: “Paşinyan Qarabağı Azərbaycana qaytarır - Bax Bu olmalıydı


Son Dəqiqə: “Paşinyan Qarabağı Azərbaycana qaytarır - Bax Bu olmalıydı
“Paşinyan Qarabağı Azərbaycana qaytarmaq istəyir” - POLİTOLOQ

Azərbayacan və Rusiya prezidentlərinin Soçi görüşü ikitərəfli siyasi-iqtisadi əlaqələrin inkişafına töhfə verəcək. Nəzərə almaq lazımdır ki, hazırda Rusiyanın Cənubi Qafqazda normal əlaqələrə malik olduğu yeganə ölkə Azərbaycandır.
Bunu Teleqraf.com-a politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Ermənistanda baş verən hakimiyyət dəyişikliyindən sonra Moskva-İrəvan münasibətləri hissediləcək dərəcədə zəifləyib:
“Ermənistan yeni hakimiyyəti anti-Rusiya siyasəti yürüdür. Bu fonda da, Rusiya Azərbaycanla yaxınlaşmağa çalışır. Əlbəttə, bu münasibətlərin də hansı formada inkişaf edəcəyi Rusiyanın atacağı addımlardan asılıdır. Hesab edirəm ki, bu, Rusiyanın Dağlıq Qarabağ münaqişəsinə hansı yanaşmanı ortaya qoyacağından asılıdır. Lakin Putinin bu məsələdə Azərbaycanın haqlı tələblərini nəzərə alacağı real görünmür.

İlk növbədə Rusiya yenidən Ermənistanda “Qarabağ klanı”nı hakimiyyətə gətirmək istəyir. Kreml bu klanın rəhbəri eks-prezident Robert Köçəryana ciddi dəstək verir. Əgər, Putin Qarabağ məsləsində Azərbaycanın maraqlarınan çıxış edərsə, “Qarabağ klanı” da Kremldən üz çevirə bilər. Bu da Rusiyanın Ermənistandakı dayaqlarının itirilməsinə gətirib çıxara bilər. Putinin Köçəryana son zəngi də göstərdi ki, Rusiya Ermənistana yönəlik yeni plan həyata keçirmək niyyətindədir”.
M.Əsədullazadə hesab edir ki, Rusiya Robert Köçəryanı hakimiyyətə gətirməklə, Qarabağ münaqişəsinin həllinin üstündən xətt çəkmək istəyir:
“Rusiyanın Qarabağla bağlı planı budur ki, Azərbaycan KTMT daxil olsun, 5 rayonu Azərbaycana qaytarmaqla, öz Silahlı Qüvvələrini Qarabağda yerləşdirsin. Bu, Qarabağı Azərbaycandan qoparmaq cəhdidir.

Amma Qərb Qarabağa Azərbaycan daxilində muxtariyyətin verilməsini dəstəkləyir. Hesab edirəm ki, Ermənistanın yeni rəhbərliyi və Paşinyanın “boz cardinal”ı Levon-Ter Petrosyan da Qərbin bu planını dəstəkləyir”.