Bakının mərkəzində dəmir yolu xətti sökülür – “Neftçilər” bağlanır
03-sen-2018Neftçilər prospektində hərəkət qismən məhdudlaşdırılır.
Bu barədə məlumatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi yayıb.
Bildirilib ki, Bakı limanına gedən dəmir yol xəttinin ləğvi ilə əlaqədar bu gündən başlayaraq 3 gün ərzində prospektdə təmir-bərpa işləri aparılacaq.
Bununla əlaqədar olaraq sözügedən ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılır. Sürücülərdən sözügedən ərazidə sıxlığın yaranmaması üçün öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.