“Bakcell” uşaqların sevincini gözündə qoydu
28-avq-2018AFFA və "Bakcell"in dəstəyi ilə uşaq futbolunun inkişafı məqsədiylə 2014-cü ildə Bakıda açılan "Mançester Yunayted" məktəbi bağlanıb.
Unikal.org-un əldə etdiyi məlumata görə, məktəbin bağlanmasına səbəb "Bakcell”in bu layihəyə maliyyə ayırmaq istəməməsi olub.
Belə ki, sponsor olan "Bakcell” uşaq futbolunun inişafına xidmət edən layihəyə pul ödəmək fikrində olmadığını AFFA-ya bildirib. Bununla bağlı tərəflər arasında danışıqlar aparılıb.
Məsələ ilə bağlı AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdulla Unikal.org-a açıqlamasında sponsor olan şirkətin müqaviləni yeniləmək fikrindən daşındığı üçün layihənin davam etmədiyini deyib:
"O bir futbol məktəbi, layihə idi. 2014-cü ildə "Bakcell”, "Mançester Yunayted” və AFFA arasında bağlanmış müqavilə əsasında fəaliyyət göstərirdi. Layihənin müddəti başa çatdığına görə, fəaliyyəti dayandırıldı. Bu layihəni "Bakcell” maliyyələşdirirdi. Müavilə müddəti başa çadıb və yeni müqavilə də imzalanmadı. Danışıqlarda olmadığıma görə, konkret deyə bilmərəm ki, "Bakcell” hansı səbəbə müqaviləni davam etdirmək istəməyib".
Aygün İlqarqızı