Bu gün:
Xezer.info » Siyasət » General cəbhə bölgəsinə gedir

General cəbhə bölgəsinə gedir


General cəbhə bölgəsinə gedir
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev avqustun 31-də saat 11:00-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 13 saylı xüsusi təyinatlı Yol İstismarı İdarəsinin inzibati binasında bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Komitədən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Cocuq Mərcanlı (Cəbrayıl), Füzuli, Zəngilan, Qubadlı, Xocavənd rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Xudafərin Gömrük İdarəsi (əlaqə telefonu: (021) 222-24-84) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.