ABUTALIBOVUN YERİNƏ TƏYİNAT – Bax Belə
26-avq-2018ABUTALIBOVUN YERİNƏ TƏYİNAT – Kecmiş islahatçı nazir vəzifəyə gətirilir?
Ötən ay Səbayel Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad olunan Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) gətirilib və Bakı meriyasının başçının müavini təyin edildi. Hazırda BŞİH-nin başçısı postu yenə boşdur, həm struktur, həm kadr islahatlarının nə vaxt aparılacağı isə məlum deyil.
Məlumat üçün onu da qeyd edək ki, BŞİH rəhbərliyində 3 əsas vəzifə var – başçı və iki müavin. Bakı Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Rauf Pənahov ötən il iyulun 20-də vəfat edib. Həmin vaxtdan onun da yerinə təyinat olmamışdı. Digər müavin isə yuxarıda da qeyd etdiyimiz kimi, başçının səlahiyyətlərini icra edirdi. Bakı şəhər icra başçısı postuna təyinat olmaması ilə bağlı bir çox iddialar var. İddialara görə, Bakıda Böyük Şəhər Bələdiyyəsinin formalaşdırılması planı var. Bu səbəbdən də şəhər başçısı postuna təyinatın olmadığı qeyd olunur. Məsələ ilə bağlı rəsmi açıqlama olmasa da, bu versiya hələ də gündəmdədir.
Onu da qeyd edək ki, mətbuatda irəli sürülən versiyalarda indiyə kimi BŞİH-ə başçı kimi bir neçə şəxsin adı hallanıb. Onlardan biri Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Məlumatlara görə, Niyazi Bayramov gənclər və idman naziri Azad Rəhimovun qudasıdır.
Digər versiyaya görə, Abutalıbovun yerini “Bakı Ağ şəhər”layihəsinin və “Bakond” şirkətinin baş direktoru Ruslan Sadıxov tuta bilər. Onunla bağlı da mətbuatda xeyli materiallar dərc olunub. Abutalıbovun yerinə əsas namizədlərdən biri kimi isə “AzərGold” qapalı səhmdar cəmiyyətinin sədri Zakir İbrahimovun adı çəkilir.
“AzPolitika.info”ya verilən məlumata görə, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun ailəsi Bakıda yaşadığından, həftənin yarısını paytaxtda keçirir. Onun hər cümə günü Bakıya gəlib, birinci, bəzən ikinci günü Mingəçevirə qayıtdığı iddia edilir. Yəni, nazirin qudasının Bakıya gətirilməsi onu yol məsrəflərindən, Mingəçeviri isə icra başçısı problemindən qurtara bilər.
Qaynarxətt.az-a daxil olan məlumatda isə bu ilin aprel ayında vəzifəsindən azad edilən Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun da adı bu vəzifəyə gətiriləcək kadrlar siyahısında yer alır. Mənbə Səlim Müslümovun işlədiyi uzun müddət ərzində bəzi nazirlərdən fərqli olaraq məhz düşünülmüş iş prinsipi və bunun nəticəsində şəffaflığın maksimum bərpa olunmasını qeyd etməklə cəmiyyətdə islahatçı nazir kimi tanınmasımı vurgulayır.