Bu gün:
Xezer.info » Dünya » Suriya ordusu iki ildən sonra İŞİD-in "paytaxtı"na girə bildi

Suriya ordusu iki ildən sonra İŞİD-in "paytaxtı"na girə bildi


Suriya ordusu iki ildən sonra İŞİD-in "paytaxtı"na girə bildi

Terrorçuların Raqqadan qaçışı başlayır.
Suriya ordusu 2014-cü ildən bəri İŞİD terror təşkilatı tərəfindən tutulan və terror qruplaşmasının "paytaxtı" elan edilən Raqqaya girə bilib. ANS PRESS-in məlumatına görə, Suriya ordusu Raqqa vilayətinin sərhədini Rusiya aviasiyasının dəstəyi ilə keçə bilib.

ANS PRESS-in məlumatına görə, bu barədə informasiyanı "France Press" agentliyi yayıb.
Rusiya aviasiyası ötən gündən Həma əyalətin əraziləri zəbt edən İŞİD-ə güclü zərbələr endirib. Bundan sonra Suriya ordusu Raqqa ilə sərhədə yaxınlaşmağa müvəffəq olub.

Suriya ordusu bir neçə gün idi ki, Raqqa ətrafında əməliyyata başlamışdı "Al-Akhbar" qəzetinin yazdığına görə, ordu qüvvələrinin ilk hədəfi At-Tabka şəhərini azad etmək olub. Bu şəhər Raqqanın şərqində yerləşir.

Hərbi mənbələrə istinadən yayılan xəbərlərə görə, Suriya ordusu Rusiya aviasiyasının dəstəyi ilə strateji əhəmiyyəti olan Əbu əl-İlyacı azad ediblər. Hazırda isə 30 km aralıda olan At-Tabkaya doğru hərəkət edirlər.

Əməliyyat zamanı terrorçu qüvvələr itki də veriblər. Minimum iki terrorçu sağ ələ keçirilib.