Bu gün:
Xezer.info » Sosial » Gəlinin toy günü başqası ilə qaçmasının səbəbi bəlli oldu

Gəlinin toy günü başqası ilə qaçmasının səbəbi bəlli oldu


Gəlinin toy günü başqası ilə qaçmasının səbəbi bəlli oldu
Salyan rayonunun Qaraçala qəsəbəsində toy günü başqasına qoşulub qaçan gəlinlə bağlı bəzi təfərrüat məlum olub.

Xezer.info xəbər verir ki, Qaracala kənd sakinlərinin Aznews.az-a verdiyi məlumata görə, gəlin toydan bir gün əvvəl sevdiyi oğlana qoşulub-qaçıb:

“Onlar valideynlərin təkidi ilə nişanlanıb. Aralarında sevgi olmayıb. Amma hər ikisinin sevdiyi olub. Sadəcə, valideynlər öz aralarında razılığa gəldiyindən gənclər buna qarşı çıxa bilməyib. Toya bir gün qalmış qız öz istədiyi ilə qoşulub-qaçıb.

Oğlan da gedib öz sevdiyi qızı götürüb gəlib. Deyiblər ki, sevmədiyinlə yaşayıb əzab çəkməkdənsə, toya bir gün qalmış qoşulub sevdiyinə getmək yaxşıdır. Hər iki tərəf bu evlilikdən razı qalıblar”.

Qeyd edək ki, Salyan rayonunda gəlin toy günü başqasına qoşulub qaçıb. Pis duruma düşən bəy isə toy günü başqa bir gəlin taparaq evinə gətirib.