Bu gün:
Xezer.info » Dünya » Fransanın “Total” şirkəti İrandan çıxır

Fransanın “Total” şirkəti İrandan çıxır


Fransanın “Total” şirkəti İrandan çıxır
İran neft naziri Bijan Zanqane bəyan edib ki, Fransanın “Total” şirkəti ölkəni tərk edir.

Oxu.Az xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb.

“Total rəsmən Cənub Farsda 11 layihənin icrasını nəzərdə tutan müqavilədən imtina etdi. Prosesin başqa şirkətlə həyata keçirilməsi nəzərdə tutulur”, – o deyib.

Bundan öncə, ABŞ-ın İran məsələləri üzrə nümayəndəsi Brayan Hukbildirib ki, ABŞ hökuməti İranla ticarət əlaqələri saxlayan ölkələrə qarşı sanksiyalar hazırlayır.