Yol tikintisinə 13,7 milyon manat ayrıldı
20-avq-2018Prezident İlham Əliyev Cəlilabad rayonunun Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi (143 km)-Maşlıq-Muğan-Söyüdlü-Kazımabad-Göytəpə-Privolnoye-Ağdaş-Soyuqbulaq avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncamla qırx iki min nəfər əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən yolun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 13,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.